Aprelin 22-dən mayın 2-dək Özbəkistan paytaxtındakı Əlişir Nəvai adına Böyük Teatrda "Daşkənd baharı" opera və balet festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda Azərbaycan, İtaliya, Rusiya, Bolqarıstan, Belarus, Ukrayna, Moldova və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edəcəklər.
Tədbirdə ölkəmizi tanınmış dirijor Yalçın Adıgözəlov və ifaçılar təmsil edəcəklər. Y.Adıgözəlov aprelin 30-da C.Puççininin "Toska" operasına dirijorluq edəcək.
Festivalda göstəriləcək 5 operadan ikisinin - C.Verdinin "Traviata" və J.Bizenin "Karmen" operalarının quruluşçu rejissoru Daşkənddə yaşayan tanınmış sənətkar, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB