Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində “Sərgi” təlimi keçirilir
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyində "Sərgi" təlimi keçirilir. SİA-nın məlumatına görə, bu təlim Avropa Komissiyası və Almaniya hökuməti tərəfindən maliyyələşdirilən "A-Muse-All" layihəsi çərçivəsində təşkil olunub.
Layihənin milli koordinatoru İsgəndər Sadiq bildirib ki, layihə muzeylərin peşəkarlıq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını artıraraq onların sosial öyrənmə və həmrəylikdə fəal iştirakını gücləndirir: "Layihənin əsas vəzifələri Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyada yaşlıların təhsili vasitəsi ilə mədəniyyətlərarası dialoqu gücləndirmək və mədəni və etnik müxtəliflik anlamını yerli, regional və beynəlxalq səviyyələrdə təbliğ etmək, layihə iştirakçısı olan ölkələrdə muzeylər və digər xalqa xidmət edən qurumlar arasında aktiv əməkdaşlıq vasitəsi ilə sosial həmrəylik və dialoq üçün incəsənətin həmiyyətli rolunu vurğulamaqdır".
30 aylıq regional layihə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasında həyata keçirilir.
Bu gün başlayan təlim alman eksperti Manfred Navrot tərəfindən aparılır. Azərbaycanın muzey işçilərinin qatıldığı təlim iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB