Əbdürrəhim bəy Haqverdiyevin yubileyinə həsr olunmuş videoçarx hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.
Kitabxanadan SİA-ya bildirilib ki, videoçarxda ədibin həyat və yaradıcılığı öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB