Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Samir Qulamov “Young Press” media qurumunun “Sizə məktub var” virtual sosial aksiyasına qoşulub. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, rejissor hazırladığı qısa və dolğun videoçarx vasitəsilə bütün teatrsevərləri Akademik Musiqili Teatrın rəsmi “Facebook” səhifəsini izləməyə və həftəsonları həmin səhifədə canlı yayımla nümayiş olunan tamaşalara baxmağa dəvət edib.
O, videomüraciətdə uşaqların mədəni tərbiyəsində teatrın əvəzsiz rolu və onların teatr ruhunda böyüməsinin vacibliyinə də toxunub.
Hər kəsi Akademik Musiqili Teatrın virtual deyil, real məkanında, stasionarda - tamaşa salonunda görmək arzusunda olduğunu dilə gətirən Samir Qulamov ona bu layihədə iştirak etməsi üçün fürsət yaradanlara da minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB