Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Məhəmməd Füzuli həftəsinə qoşulub. Kitabxanadan SİA-ya bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin üzvü, kitabxananın fəal oxucusu olan Tahirə Bərraq Füzuli yaradıcılığına, şairin əsərlərinə müraciət edərək onun qəzəllərindən birini səsləndirib.
Həmçinin 125 nömrəli məktəbin şagirdləri də dahi şairin "Meyvələrin söhbəti" əsərini hazırlayaraq kitabxanaya təqdim ediblər.
M.Füzuliyə həsr olunmuş videoslaydlar kitabxananın "Instagram" və "Facebook" səhifələrində paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB