İstiqlal Muzeyində növbəti videokonfrans

İstiqlal Muzeyində növbəti videokonfrans

İstiqlal Muzeyi tərəfindən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər, Xızı, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının tarix-diyarşünaslıq, Heydər Əliyev Mərkəzləri, xatirə və ev muzeylərinin əməkdaşları üçün "Fond işinin təşkili və idarə edilməsi" mövzusunda təlim -treninq təşkil edilib.

SİA-nın məlumatına görə, təlim-treninqin moderatoru İstiqlal Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundova təlim-treninqdə iştirak edən muzey əməkdaşlarının suallarını cavbalandırıb.

Videokonfransda xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr də verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə