“Nənə corab toxuyur” ŞEİR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihə çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir.

Yasamal rayon MKS-dən SİA-ya bildirilib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Gülarə Munis “Nənə corab toxuyur” şeirini oxuculara təqdim edib.

Şeirin misralarında corab toxuyan nənənin qayğıları açıq-aşkar duyulur. O, yurduna gələn bəlanın yox olmasını və dünyanın sevinclə dolmasını arzulayır.

“Nənə corab toxuyur” şeiri maraqlı şəkillərlə birlikdə təqdim olunur.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/482949976.pdf

Bütün xəbərlər Facebook səhifəmizdə