Abuzər Xələfov haqqında elektron məlumat bazası təqdim edilib
Milli Kitabxana “Azərbaycanda kitabxanaşünaslıq elminin banisi - Abuzər Xələfov” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib. Bu barədə SİA-ya Milli Kitabxanadan məlumat verilib.
Professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm və mədəniyyət xadimi kimi ölkəmizdə və xaricdə yaxşı tanınan ziyalılarımızdan olub. Demək olar ki, respublikamızda fəaliyyət göstərən bütün kitabxanaşünas alimlər Abuzər Xələfov elmi məktəbinin yetirmələridir. O, Azərbaycan kitabxana işinin tarixini və inkişaf istiqamətlərini hərtərəfli tədqiq edib, sanballı monoqrafiyaları ilə ölkəmizdə ilk dəfə olaraq bu sahənin bünövrəsini qoyub.
Elektron məlumat bazasında qeyd edilən linkdən http://anl.az/el/emb/A.Xelefov/index.html daxil olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB