Sənətşünaslıq doktoru İnqilab Kərimovun 80 illik yubileyi keçirilib
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr Tədris mərkəzində sənətşünaslıq doktoru İnqilab Kərimovun 80 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən ADMİU-nun rektoru Timurçin Əfəndiyev bildirib ki, Azərbaycan teatr tarixinin inkişafında İ. Kərimovun xüsusi rolu var.
T. Əfəndiyev onu da vurğulayıb ki, həyatının 50 illini Mədəniyyət və İncəsənət Universitetinə sərf edərək, gələcəyə layiqli teatr kadrlarının yetişdirilməsində İnqilab Kərimovun əvəzsiz xidmətləri var: "Bununla yanaşı, İnqilab Kərimovun bu sahədə gördüyü xidmətlər hesabına Azərbaycanda teatrşünaslıq elmi daha da inkişaf edib".
ADMİU-nun rektoru Timurçin Əfəndiyevin çıxışının ardından yubilyara rektorun adından diplom verilib. Daha sonra isə İnqilab Kərimovun həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Tədbirin davamında səbəbkarı təbrik etməyə gələnlər öz ürək sözlərini yubilyara çatdırıblar.
Qeyd edək ki, yubiley tədbirində xalq artistləri Amaliya Pənahova, Azərpaşa Nemətov və bir sıra mədəniyyət xadimləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB