Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan sərgi hazırlanıb
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümü ilə əlaqədar virtual sərgi hazırlayıb. Kitabxanadan SİA-ya verilən xəbərə görə, sərgi zamanı oftalmoloq Zərifə Əliyevanın haqqında kitablar nümayiş etdirilib.
Qeyd edək ki, görkəmli alim Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB