Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) bir aydan çoxdur ki, “Kitabxana – koronavirusa yox deyir!” layihəsini uğurla həyata keçirir. Kitabxanadan SİA-ya bildirilib ki, şair və yazıçıları ətrafında birləşdirən MKS layihə çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” mühüm əhəmiyyətli aksiya təşkil edib. Aksiyaya iyirmiyə yaxın yazar qoşulub.
Yazıçı və şairlər koronavurusun törətdiyi fəsadlardan çox narahatdırlar. Onlar insanları birliyə, həmrəyliyə və özlərini qorumağa, #Evdəqal kampaniyasına qoşulmağa çağırırlar.
Kitabxanaya növbəti şeiri Azadə Novruzova təqdim edib.
Azadə Novruzova ondan çox biblioqrafik vəsaitin tərtibçisi və redaktoru olmaqla yanaşı, “Ovunmayan həsrət”, “Sən mənim ağ kitabım” adlı bədii əsərlərin və 200-dən çox elmi, publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri türk və rus dillərinə tərcümə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB