Mədəniyyət işçiləri yaşlı həmkarlarını ziyarət ediblər FOTOLAR
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdən çıxma qadağasını nəzərə alan Kürdəmir Regional Mədəniyyət İdarəsinin işçiləri ehtiyacı olan ailələrə sosial yardım kampaniyasına qoşulublar. SİA-nın məlumatına görə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Füzuli mədəniyyət müəssisələrinin işçiləri uzun illər mədəniyyət sahəsində çalışaraq təqaüdə çıxan, sosial dəstəyə ehtiyacı olan yaşı 65 və daha yuxarı əməkdaşları ziyarət ediblər.
Füzuli rayon mədəniyyət evinin əməkdaşları uzun müddət mədəniyyət sahəsində çalışmış Cavanşir Alıyevə, rayonun Əhmədalılar kənd mədəniyyət evinin kollektivi isə həmin kənddə yaşayan 4 aztəminatlı ailəyə baş çəkərək onların səhhəti ilə maraqlanıb və maddi yardım göstəriblər.
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ziyarətçilərə təşəkkür edib və dərin minnətdarlığını bildiriblər.a
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB