“Unudulmayanlar” layihəsi maraqla qarşılanır

“Unudulmayanlar” layihəsi maraqla qarşılanır

Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərinin elan edildiyi ilk günlərdən mütəmadi olaraq onlayn şəkildə öz "Facebook" və "Instagram" səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. SİA-nın məlumatına görə, BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi də bu silsilədəndir.

Layihənin koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan Keçəçioğlu Məhəmməd, Azərbaycan tarının atası adlandırılan Sadıqcan və muğam sənətimizin xanı - Xan Şuşinskinin yaradıcılığından söz açıblar.

Həmçinin xanəndələrin ifalarından nümunələr təqdim olunub. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimizi, muğam korifeylərimizi geniş auditoriyaya tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə