Muzey işçiləri üçün onlayn təlim təşkil edilib

Muzey işçiləri üçün onlayn təlim təşkil edilib

İstiqlal Muzeyi Sabirabad Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Sabirabad, Saatlı və Hacıqabul rayonlarının, Şirvan şəhərinin, Gəncə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının tarix-diyarşünaslıq, Heydər Əliyev mərkəzləri, ev və xatirə muzeylərinin əməkdaşları üçün "Fond işinin təşkili və idarə edilməsi" mövzusunda onlayn təlim-treninq keçirib.

SİA-nın məlumatına görə, təlim-treninqin moderatoru, Əməkdar mədəniyyət işçisi Aida Axundova ayrı-ayrı muzeylərdə çalışan əməkdaşlarının suallarını cavablandırıb.

Xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr də verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə