“Arxamca qaç ki, mən səni tutum” tamaşası nümayiş etdirilib

“Arxamca qaç ki, mən səni tutum” tamaşası nümayiş etdirilib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Arxamca qaç ki, mən səni tutum" tamaşası nümayiş etdirilib. SİA-nın məlumatına görə, səhnə əsəri alman dilində olduğundan teatrsevərlər qulaqcıqlar vasitəsi ilə tamaşaya qulaq asıblar. 90 dəqiqəni əhatə edən tamaşanın əsas mövzusu sevgi olub. Aktyorlar ayrı- ayrı əsərlərdən ümumiləşmiş parçaları səhnədə ifa ediblər. Qonaq qismində isə teatrşünas Aydın Talıbzadə daxil olmaqla ən çox tələbələr iştirak ediblər.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyəti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşan tamaşa Almaniyanın Rozenhaum şəhərinin teatr truppası aktyorlarının iştirakı ilə baş tutub.

Səhnə əsərində Konstans Baruşke, Yorq Herveq iştirak ediblər. Tamaşanın koordinatoru Peter Ştihaner olub.

Qeyd edək ki, nümayiş edilən tamaşa ötən ilin noyabr ayında ölkəmizdə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda beynəlxalq konfransının iki ölkə arasında teatr təcrübəsinin mübadiləsi zəminində uğurlu addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə