Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda tanınmış bəstəkar, ABİ-nin Gəncə Təşkilatının məsul katibi Məmməd Cəfərovun 50 illiyinə həsr olunan müəllif konserti olub.
SİA-nın məlumatına görə, konsertdə Azərbaycan Dövlət Xor Kapellası və Bəstəkarlar İttifaqının "Oazis" ifasında bəstəkarın kamera, vokal və xor əsərləri ifa olunub. "OAZİS" Simli Kvarteti üzvləri Cavad Tağızadə (I violino), Mustafa Mehmandarov (II violino), Səbuhi Axundov (viola), Orxan Cumayev (violonçel) bəstəkarın Simli Kvartetinin III hissəsini, Piano üçün IV Prelüdünü səsləndiriblər. Gənc vokalçılar Leyla Məmmədova və Kazım Nicat Fəxri "Vida" (söz. Nazim Hikmət), "Apar məni" (söz. Şahmar Əkbərzadə) ,"Həsrət" (söz. Nazim Hikmət), "Olmaz bana" (söz. Yunis İmrə) romanslarını ifa ediblər.
Konsert xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor Kapellasının ifasında səslənən "Yuxulama, oğuz oğlu" (söz. Məmməd Alim) və "Vətən dedim" kantataları ilə başa çatıb.
Tədbirin sonunda çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə yubilyarı təbrik edərək onun ittifaqın üzvü kimi keçirilən bir çox tədbirlər fəal iştirakından söhbət açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB