Azərbaycan İstiqlal Muzeyi onlayn təlim keçirib

Azərbaycan İstiqlal Muzeyi onlayn təlim keçirib

Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi dövründə Azərbaycan İstiqlal Muzeyi də digər mədəniyyət məüssisələri kimi onlayn şəkildə fəaliyyət göstərir, müxtəlif layihələr həyata kecirir, virtual görüş, təlim - treninq keçirir, ekskursiyalar təşkil olunur. SİA-nın məlumatına görə, Azərbaycan İstiqlal Muzeyi tərəfindən onlayn şəkildə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə, Mingəçevir, Yevlax və Tərtər şəhər və rayonlarının tarix - diyarşünaslıq muzeyləri və Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün "Fond işinin təşkili və idarə edilməsi" mövzusunda təlim - treninq keçirilib.

Muzeyin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundovanın moderatoru olduğu treninq zamanı fond işinin idarə olunması, fondda olan eksponatların havalandırılması, mühafizə olunması haqqında məlumat verib. Daha sonra sual-cavab şəklində davam edən treninq zamanı A.Axundova iştirakçıları maraqlandıran sualları cavablandırıb, onların iş prinsipi ilə tanış olub. Treninq zamanı fond işinin təşkili istiqamətində görülən işlər barədə danışılıb, qarşılıqlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə