Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası dünyanı bürüyən koronavirus pandemiyasına aid bir-birindən maraqlı yazıları təqdim etməkdə davam edir. Kitabxanadan SİA-ya bildirilib ki, aksiyaya qoşulan və yazısını təqdim edən yazarlardan biri də Sənəm Səfərovadır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Sənəm Səfərova bu çətin dövrdə insanlara dəstək olaraq qələmə aldığı “Koronavirus” şeirini kitabxanaya təqdim edib.
Qeyd edək ki, şairənin yaradıcılığında vətənpərvərlik və təbiət mövzusu əsas yer tutur. “Nə gözəldir məhəbbət”, “Məni göydə basdırarsız”, “Şahanə” adlı şeir və hekayə kitablarının müəllifi olan Sənəm Səbayelin dörd bənddən ibarət olan bu şeirində hazırda göyün və yerin cəzası olaraq gördüyü “koronavirus”u qeyd edir. O, kabusa dönən virusu Allah tərəfindən göndərilən ən böyük sınaq kimi görür və dilə, dinə, irqə, həmçinin yaş qrupuna baxmayaraq insanların həyatını məhv etməyə davam etdiyini vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB