Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) böyük ingilis dramaturqu Uilyam Şekspirin anadan olması münasibətilə öz "Facebook" və "Instagram" səhifələrində böyük dramaturqun sonetlərindən parçalar səsləndirib, həm rus, həm Azərbaycan dilində onun həyatı haqqında videoməlumat yerləşdirib.
Kitabxanadan SİA-ya bildirilib ki, həmçinin Şekspirin sitatlarından nümunələr göstərilib, ”Uilyam Şekspir dünyası” adlı videosərgi nümayiş olunub.
Binəqədi rayon MKS dünya #HappyBirthdayShakespeare həştəqinə qoşulub və onun anadan olmasını əsərlərinin nümayişi ilə qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB