İslam Manafov və Turan Manafzadə Türkiyədən Azərbaycana onlayn konsert veriblər

İslam Manafov və Turan Manafzadə Türkiyədən Azərbaycana onlayn konsert veriblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov və Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyədən onlayn konsert veriblər.

SİA xəbər verir ki, konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Evdə qal” kampaniyasına dəstək məqsədilə keçirilib.

Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi idarənin rəsmi instaqram hesabından yayımlanıb.

Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə