Murad Muradovun “Kənar” filmi Qazaxıstanda “I Tələbə və Debüt” kinofestivalında nümayiş etdiləcək
Aprelin 22-dən 26-na kimi Qazaxıstanın Almatı şəhərində "I Tələbə və Debüt" kinofestivalı keçiriləcək. Bu barədə SİA-ya həmin festivalda filmi nümayiş ediləcək rejissor Murad Muradov açıqlama bildirib.
M. Muradov qeyd edib ki, "Bastau" adlı beynəlxalq kinofestivala rejissorun çəkdiyi "Kənar" filmi və Mədəniyyət və İncəsənət Universitetində təhsil alan IV kurs tələbəsi olan Nigar İmranovanın filmi keçib.
"Kənar" filminin müxtəlif festivallarda iştirak etdiyini və mükafatlar qazandığını deyən Murad Muradov: "Festivalda filmim yer qazansa, o zaman "Qızıl bars" və pul mükafatı veriləcək",- deyə əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan "İnternews" şirkətinin birgə məhsulu olan film təhsildən imtina edən qızın həyatından bəhs edir. Bu film ötən il "Azərbaycan ailəsi" film festivalında II yeri tutub, 2008-ci ildə Gürcüstanda keçirilən Cənubi Qafqaz gənclərinin sənədli film festivalında "Ən yaxşı emosional film", "Ən yaxşı film" və "Ən yaxşı rejissor işi" nominasiyalarında mükafat alıb.
Bununla yanaşı, rejissorun çəkəcəyi yeni bədii filmin aktyor seçimi artıq başlayıb. M. Muradovun sözlərinə görə, qadın zorakılığı ilə bağlı filmdə kişilər bir neçə dəqiqəlikdə olsa qadın obrazında olub, onların hisslərini hiss etmək əsas ideyadır: "3-4 dəqiqəni əhatə edəcək filmin musiqisini isə hamının "Şeron" qrupundan tanıdığı Rüstəm Zeynalov yazacaq. Filmin çəkilişlərini isə yeni yaradılan "Pixter" prodakşnın həyata keçirməsini planlaşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB