Respublika Gənclər Kitabxanasında iş günün tələblərinə uyğun qurulub

Respublika Gənclər Kitabxanasında iş günün tələblərinə uyğun qurulub

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının karantin rejimində ümumi fəaliyyətinə həsr edilmiş videokonfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan kitabxananın direktoru Oruc Quliyev Mədəniyyət Nazirliyinin kitabxanaların qarşısına qoyduğu vəzifələrdən danışıb, karantin rejimində fəaliyyətin daha da məhsuldar olması zərurətindən söhbət açıb. Həmçinin görülmüş işlərdən də bəhs edən direktor kitabxananın onlayn rejimdə keçirdiyi aksiyaların gedişatından razılığını bildirib lazımı tövsiyə və təkliflərini verib.

Direktorun elmi işlər üzrə müavini Xalidə Musayeva, şöbə müdirləri Səadət Şəfiyeva, Günay Həsənova və Nübar Cəlilova əməkdaşlarla birlikdə mövcud aksiyaların genişləndirilməsi imkanlarını, nöqsan və təklifləri müzakirə ediblər. Gələcək aksiyalar və canlı yayımlara dair planlar da müzakirə edilib, dəqiq tarixlər müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə