Fuad Axundov XX əsrin iki görkəmli meri haqqında danışacaq

Fuad Axundov XX əsrin iki görkəmli meri haqqında danışacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsünü dəstəkləyən və Bakı Mədəniyyət Kanalının dəvətini qəbul edən tanınmış teleaparıcı, “Bakının sirləri” layihəsinin müəllifi, tarixçi və tədqiqatçı Fuad Axundov izləyiciləri evdən çıxmadan Bakını tanımağa və XX əsrin iki görkəmli meri haqqında söhbətə dəvət edir.

İdarədən SİA-ya bildirilib ki, tanınmış tədqiqatçı ilə söhbət bu gün saat 19.00-da Baş İdarənin @bakimedeniyyetidaresi “Instagram” hesabından canlı yayımlanacaq. İzləyicilər tarixçi ilə söhbətə qoşularaq suallarını, arzu və istəklərini birbaşa efirdən təqdim edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə