Xanımana Əlibəylinin yaradıcılığına həsr olunmuş virtual sərgi

Xanımana Əlibəylinin yaradıcılığına həsr olunmuş virtual sərgi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi görkəmli uşaq şairi Xanımana Əlibəylinin yaradıcılığına həsr olunmuş virtual sərgini təqdim edib. İdarədən SİA-ya bildirilib ki, videoçarxda uşaq ədəbiyyatının inkişafında X.Əlibəylinin xidmətlərindən, onun yaradıcılığının müxtəlif istiqamətlərindən bəhs edilib.

Xanımana Əlibəylinin “Balaca həkim”, “Yaz konserti”, “İşləməyən dişləməz”, “Ulduzların nəğməsi”, “Karnaval”, “Noğul” və başqa şeir, poemalarında yüksək mənəvi keyfiyyətlər tərənnüm olunub.

Sərgiyə kitabxananın "YouTube" kanalından baxmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə