“Abşeron” rəsm qalereyasında sərgi keçiriləcək

“Abşeron” rəsm qalereyasında sərgi keçiriləcək
Aprelin 21-də "Abşeron" rəsm qalereyasında "Ocaq tarixi fotolarda" adlı sərgi keçiriləcək. Bu haqda SİA-ya Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh Atalı bilgi verib.
Onun sözlərinə görə, sərgidə Asif Atanın Mütləqə İnam Ocağının 33 illik dönəmini əks etdirən və ilk dəfə üzə çıxarılan nadir, tarixi fotoşəkillər yer alacaq: "Mən sərgidə əks olunan dönəmin canlı şahidi və həmin şəkillərdəki obrazlardan biriyəm. Burada Asif Atanın tənqidçilik və filosofluq dönəminin davamı olaraq Ocaq quruculuğunun ilk illəri də öz əksini tapıb. Şəkillərdə Azərbaycan gəncliyinin Asif Ataya doğru necə can atdığının şahidi oluruq. Xalqımız İnam Atanın şəxsində əsl öyrətmənini və müqəddəsini görür. Şəkillər Atanın böyük işinin bir hissəsini əks etdirsə də, tariximizdə ilk dəfə olaraq Azərbaycan uğrunda səcdə edənlə səcdə edilənin doğmalığını, birliyini görürük".
Safruf Atalın vurğulayıb ki, sərgidəki şəkillərin çoxu Sovetlər dövründə- Ocagin fəaliyyətinə icazə verilmədiyi zamanlarda çəkilib. Burada Asif Atanın ayrı-ayrı ünvanlarda keçirdiyi görüşlər, Ocaq mərasimləri, evladlarla apardığı söhbətlər əksini tapıb.
"Əminik ki, sərgi tamaşaçılarda xalqına, onun Atasına, türkün ruhani-insani potensialına inamı daha da artıracaq. Bu baxımdan, belə bir sərgini xalqın bütün tarixi üçün ilk və yeganə saymaq olar"- deyə Ruhani Başçı bildirib.
Qeyd edək ki, Sərginin açılışı 21 aprel 2011-ci il tarixdə, saat 15.00-da "Abşeron" rəsm qalereyasında olacaq. 4 gün davam edəcək sərgidə 70 əsər nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə