Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyində konfrans keçirilib
Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyində karantin rejimi şəraitində internet üzərindən müəssisənin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib. SİA-nın məlumatına görə, muzeyin direktoru Tariyel Abbaslı videokonfransda dünyada yayılan pandemiya ilə əlaqədar olaraq müəssisənin öz işini elektron şəkildə davam etdirdiyini, əməkdaşların “Evdə qal” kompaniyası çərçivəsində virtual şəkildə fəaliyyət göstərdiyini qeyd edib.
Muzeyin fond müdiri Aytən Fətullayeva “facebook” səhifəsi vasitəsilə karantin başlanandan bəri 200-dən çox videoçarx, təqdimat və virtual səyahətlər təşkil edildiyi barədə məlumat verib. Vedokonfransda əməkdaşlar çıxış edərək mövcud şəraitdə görülən işlərdən danışıblar.
Muzeyin direktoru hər bir əməkdaşa konkret tapşırıqlar verib və karantin müddətində fəaliyyəti virtual şəkildə davam etdirməyin zəruriliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB