“Əziz həkimlər!” ŞEİR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazıçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir. SİA-nın məlumatına görə, koronavirusla bağlı ən böyük mübarizəni ilk olaraq bu sahədə ön cəbhədə olan həkimlər aparır. Həkimlər öz peşəkarlığı ilə seçilərək həyatlarını riskə atmaqla həyatlar xilas edir. Biz hər birimiz onlar qarşısında borcluyuq.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Xuraman İsmayılova bu çətin günlərdə fədakarlıq göstərən tibb işçilərimizə “Əziz həkimlər!” adlı şeir həsr edib. Pandemiyanın tüğyan etdiyi bir dövrdə həyatların itirən bir çox tibb işçiləri də oldu. Yazar #Evdəqal çağrışına qoşularaq insanları yoluxmanın qarşısını almaqla həkimlərə dəstək olmağa çağırır.

Buyurun oxuyun: http://yasamal.cls.az/front/files/libraries/81/documents/154337396.pdf

Xuraman İsmayılova

Əziz həkimlər!

Bu çətin günlərdə fədakarlıq göstərən tibb işçilərimizə

Bir peşə seçdiniz, seçəndə bəlkə,

Bilmirdiz bu qədər özəl olduğun.

Ağappaq xalatda ağ göyərçintək,

İnsan həyatına, insane ömrünə

Ağappaq yol açan, şəfaət verən

Xeyirxah, şəfqətli, gözəl olduğun.

Qarşısı alınmaz bir bəla ilə

Üz-üzə dayanıb bəşər övladı.

Fəlakət gətirən, ölümlər saçan,

“Korona” adlanan bu mənfur virus

Hər kəsin həyatın, işin laxlatdı.

Çox məslək sahibin yoldan saxladı.

Təkcə siz həkimlər, tibb işçiləri

Heçnəyə baxmadan, heç düşünmədən

Gecəli-gündüzlü iş başındasız.

Hər şeydən qiymətli həyatınızı

Risk altda qoyaraq geri durmadız.

Sizə ümid dolu baxan gözlərə,

İmdad diləyən məsum üzlərə

Baxaraq əridiz, candan oldunuz,

Bəlkədə milyon kəs öldüz-dirildiz

İçdiyiniz anda, əqidənizə

Sadiq əsgər kimi məğrur dayandız.

Bu ağır döyüşün, müharibənin

Qəhrəman əsgəri, əziz həkimlər!

Qalib çıxacaqsız bilirik yenə

Duamız sizlədir, siz bilin bunu,

Tanrım, bizlər üçün onları qoru!

Bütün xəbərlər Facebook səhifəmizdə