"Mədəni irsin qorunmasına müqayisəli baxış" adlı seminar keçirilib

"Mədəni irsin qorunmasına müqayisəli baxış" adlı seminar keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirilib. SİA-nın məlumatına görə, "Mədəni irsin qorunmasına müqayisəli baxış" adlı seminarda Türkiyənin Orta Doğu Texniki Universitetindən Duyğu Ərgənc, Belçika Türkləri Konfederasiyasından Rıfat Can, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Seyran Quliyev Azərbaycan, Türkiyə, İtaliya, İspaniya və Belçikada mədəni irsin qorunmasını müqayisəli şəkildə müzakirə ediblər.

Müzakirələrə professor Qafar Cəbiyev, professor Şikar Qasımov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov qoşulublar.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə