Tanınmış kaman ustası #senetinledestekle çağırışına qoşulacaq

Tanınmış kaman ustası #senetinledestekle çağırışına qoşulacaq

ABŞ-da və dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıdan, musiqi alətlərimizi əcnəbilərə sevdirərək mahnılarımızı ana dilimizdə ifa etməyi onlara öyrədən kaman ustası İmamyar Həsənov aprelin 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle layihəsinə evindən qoşularaq izləyiciləri salamlayacaq.

İdarədən SİA-ya bildirilib ki, kamançanın həzin səsi, musiqi təranələri və ABŞ-da milli musiqimizə maraq üzərində qurulan söhbətdə iştirak etmək, suallar vermək, arzu və istəkləri ifadə etmək istəyən izləyicilər Baş İdarənin - @bakimedeniyyetidaresi və tanınmış kamança ustası İmamyar Həsənovun - @imamyarhasanov “Instagram” hesablarından qatıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə