Yasamal MKS müxtəlif aksiyalar, virtual turlar təşkil edir

Yasamal MKS müxtəlif aksiyalar, virtual turlar təşkil edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Dünya Azərbaycanlılarını, mədəniyyət və incəsənət xadimlərini, bütün sənətsevərləri həmrəylik və birlik nümayiş etdirmək üçün evdən və yerləşdikləri məkandan ayrılmadan həyatlarını maraqlı etməyə səsləyir. İdarədən SİA-ya bildirilib ki, həmin layihəyə qoşulan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) müxtəlif aksiyalar, virtual turlar təşkil edir.

Yasamal rayon MKS-nin 3 nömrəli filialı fəaliyyətini “evdəqal” sloqanı ilə "Facebook" sosial şəbəkəsində davam etdirir.

Kitabxana əməkdaşları müxtəlif evlərdən izləyicilərin hazırladıqları videogörüntüləri, fotoları davamlı olaraq paylaşır, özünütəcrid müddətində mütaliədən, idmandan, digər faydalı məşğuliyyətlərdən geri qalmamağı təbliğ edirlər.

Həmin süjetlərdə nağara aləti ilə meyxana ifa edən, skripka, pianoda məharətlə ifa edən, sağlamlıq üçün gigyenik qaydalara əməl etməyin vacib olduğunu nümayiş etdirən izləyiciləri görürük.

Onlar göstərirlər ki, həyat əvvəlkitək maraqla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə