Aprelin 19-da, saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında "Arxamca qaç ki, mən səni tutum" tamaşası nümayiş etdiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyəti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşan tamaşa Almaniyanın Rozenhaum şəhərinin teatr truppası aktyorlarının iştirakı ilə baş tutacaq. Səhnə əsərində Konstans Baruşke, Yorq Herveq iştirak edirlər. Tamaşanın koordinatoru Peter Ştihanerdir.
Qeyd edək ki, nümayiş etdiriləcək tamaşa ötən ilin noyabr ayında ölkəmizdə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda beynəlxalq konfransının iki ölkə arasında teatr təcrübəsinin mübadiləsi zəminində uğurlu addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB