Yasamal rayon MKS-i kitabxanalarla virtual müzakirələr keçirir FOTOLAR

Yasamal rayon MKS-i kitabxanalarla virtual müzakirələr keçirir FOTOLAR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi kitabxanası MKS-lər arası (rayon MKS-ləri də daxil olmaqla) online müzakirəyə start verib. SİA-nın məlumatına görə, müzakirələrə M.Ə.Sabir adına Kütləvi Kitabxananın şöbə müdiri Şahnaz Quliyeva və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya texnologiyaları üzrə mütəxəssisi Natəvan Uğurlu qatılıb. Canlı yayımda Bakı Mədəniyyət Baş İdarəsinin və MKS-lərin təşəbbüsü ilə keçirilən layihələr, karantin dövründə tövsiyə olunan ədəbiyyat kimi mövzular müzakirə olunub.

Online müzakirəyə dəvət olunan Quba Memorial Kompleksinin əməkdaşı Abutalıb Turabov soyqırımın tarixi, karantin günlərində Kompleksin uğurlu fəaliyyəti barədə danışaraq ziyarətçilərin unudulmaz tariximizə göstərdikləri marağı yüksək qiymətləndirib. O, 1918-ci ildə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə məlumat verib və hər kəsi bu qanlı tarixi unutmamağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə