“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi keçirilir

“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi keçirilir

Hər il olduğu kimi bu ildə aprelin 15-dən Yasamal rayon Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Azərbaycanın xilaskarı ” adlı rəsm müsabiqəsi elan edib. SİA-nın məlumatına görə, “COVID-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq, müsabiqə qaliblərinin seçimi Mərkəzin "Facebook" səhifəsində onlayn səsvermə əsasında müəyyən ediləcək.

Müsabiqə iştirak etmək istəyənlər əsərlərinin fotoşəkilini bugündən başlayaraq aprelin 30-dək təqdim edə bilərlər. Təqdim olunan fotoşəkillər mayın 1-dən 10-dək Mərkəzin "Facebook" səhifəsində paylaşılacaq.

Müsabiqənin qalibi Mərkəzin "Facebook" səhifəsində onlayn səsvermə əsasında müəyyən olunacaq.

Müsabiqənin nəticəsi mayın 10-da açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə