Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar mədəniyyət idarələrin tabeliyində olan müəssisələrin fəaliyyəti əsasən internetin geniş imkanlarından istifadə edilməklə aparılır. SİA-nın məlumatına görə, aprelin 14-də Kürdəmir Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən kitabxana və klub tipli müəssisələrin rəhbərləri iştirak ediblər.
Videokonfransda idarə rəisi Elman Məmmədov qarşıya qoyulan vəzifə və tapşırıqların icrası sahəsində aparılan işlərdən, kitabxanalarda virtual müsabiqələrin və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən danışıb. Klub tipli müəssisələrin onlayn konsertinin, dərnək üzvlərinin virtual sərgilərinin təşkili ilə əlaqədar tövsiyə və tapşırıqlar verilib.
Videokonfransda, həmçinin yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyindən bəhs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB