“Kitabxanalar virtual məkanda” layihəsi əsasında 4-cü kitab çap olunub
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının hazırlayıb çap etdirmiş olduğu elmi-praktik əhəmiyyəti olan dörd kitabın sonuncusu - Qurbanov A.İ.Kazimi P.F. Quliyev O. -“Kitabxana-informasiya sistemləri” adlı vəsait çap olunaraq dövriyyəyə daxil edilib. SİA-nın məlumatına görə, 2019-2020-ci illərdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar virtual məkanda” layihəsi əsasında yaradılmış mütəxəssislər qrupu 4 elmi-təcrübi vəsait hazırlayaraq çap etdirib və bu ilin əvvəlində son kitab işıq üzü görüb.
Haqqında bəhs edilən “Kitabxana-informasiya sistemləri”, “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili” adlanan bu kitablar mütəxəssislərin istifadəsi üçün nəzərdə tutulub və kitabxana-informasiya fəaliyyətinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması məqsədilə qabaqcıl dünya təcrübəsini öyrənmək və tətbiq etmək istiqamətində bir sıra tövsiyələr irəli sürür. Əsas məqsəd kitabxanaların virtual məkanda rəngarəng fəaliyyətinin təşviq olunması və istiqamətləndirilməsidir.
Çapdan çıxmış vəsaitlərin hazırlanmasında əsas məqsəd yeni metod və üsulların kitabxana təcrübəsinə tətbiq etmək və kitabxana-informasiya fəaliyyətinin virtual məkanda keyfiyyətini yüksəltməkdən ibarətdir .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB