“Qarabağ istedadları” adlı Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının konserti olub
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda ABİ-nin Şuşa Təşkilatı, Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə "Qarabağ istedadları" adlı Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının konserti olub.
SİA-nın məlumatına görə, tədbiri açan ABİ-nin Şuşa Təşkilatının sədri, əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev konsertin keçirilməsində göstərdiyi köməyə görə ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.
Açılışdan sonra Şuşa Musiqi Kollecinin, Şuşa-Mədəni Maarif Kollecinin, Şuşa İncəsənət Məktəbinin, "Malıbəyli", "Quşçular" və "Qaladərəsi" Musiqi Məktəbi, o cümlədən "Bülbülcan" adına Musiqi məktəbinin şagirdləri Skott Cop, Vittorio Monti, Yozef Haydn, Pyotr Çaykovski, Frederik Şopen, Qara Qarayev, Dmitri Kabalevski, Fikrət Əmirov klassik bəstəkarların əsərlərini ifa ediblər.
Görüşdə Şuşa İcra Hakimiyyəti, Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB