Kitabxanalar virtual rejimdə işini davam etdirir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) onlayn müzakirə keçiriblər. SİA-nın məlumatına görə, müzakirədə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova və Xəzər rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova yeni layihələr, bədii ədəbiyyat və mütaliə problemləri kimi mövzuları müzakirə ediblər, izləyicilərin sualları cavablandırılıb. Layihə virtual oxucular, izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, kitabxanalar sosial şəbəkələrdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #mənoxudumsəndəoxu, #şeirdepozitivol, #sənətinlədəstəklə kimi çağırışlarına qoşularaq həyata keçirdikləri tədbirlərdən bəhs ediblər. Kitabxanalar bütün oxuculara və iştirakçılara: “Gəlin karantin müddətində öz mədəniyyətimizi, ədəbiyyatımızı bir daha təbliğ edək və bütün sınaqlardan təbəssümlə keçək! Pozitiv olun və bütün qaydalara riayət edin!, – deyə səsləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...