“Evdə Qal-Qalib Gəl!” layihəsinə Arif Əziz də qoşulub VİDEO

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” çağırışına qoşulan Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz bütün dünyanı bürüyən pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən və öz yaradıcılıq prosesindən izləyicilərə bəhs edib.

SİA-nın məlumatına görə, o, sənətsevərlərə müraciət edərək qeyd edib ki, qara rəng bütün dünyanı bürüyüb ancaq mən inanıram ağ rəng ona qalib gələcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə