"Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi kimsəsiz uşaqlar üçün Ümumdünya Sosial Maarifləndirmə Aksiyası çərçivəsində "My dream city" (Arzularımın şəhəri) beynəlxalq layihəsinə start verib.
SİA-nın məlumatına görə, layihənin başlanğıcı olaraq Nizami rayonu 1 saylı uşaqlar evində rəsm müsabiqəsi keçirilib. Uşaqlar öz bacarıqlarını ortaya qoyaraq bir-birindən gözəl rəsm əsərləri çəkiblər.
Məlumat üçün bildirək ki, layihənin birinci mərhələsində müsabiqədə iştirak edən rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçilərək www.mydreamcity.org saytına yerləşdiriləcək. Həmçinin "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin Azərbaycan haqqında çap etdirəcəyi kitabda müsabiqə zamanı çəkilən rəsmlərin toplusu da olacaq.
Qeyd edək ki, layihənin həyata keçirilməsində Paşa Travel və El Studio şirkətləri xüsusi dəstək göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB