"Yeşilçam"ın sevilən aktyoru Cevdet Balıqçı vəfat edib. SİA-nın məlumatına görə, bu barədə musiqiçi Onur Akay sosial şəbəkədə məlumat verib.

Uzun müddətdir xəstəxanada müalicə alan 79 yaşlı sənətçinin həyatını həkimlər xilas edə bilməyib.

Türkiyədə də sürətlə yayılan koronavirusa görə Balıqçı səssiz-sədasız dəfn olunub.

Qeyd edək ki, mərhum aktyor 230-dan çox ekran işində rol alıb. O, Kemal Sunal, Cüneyt Arkın, Türkan Şoray kimi məşhurlarla eyni filmdə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə