Azərbaycan Londonda Beynəlxalq Kitab Sərgisində təmsil olunub

Azərbaycan Londonda Beynəlxalq Kitab Sərgisində təmsil olunub

11-13 aprel tarixdə Londonda Beynəlxalq Kitab Sərgisi keçirilmiş və sərgidə Azərbaycan təmsil olunub. SİA-nın xəbərinə görə, dünyanın 100-dən artıq ölkəsindən 2000-ə qədər nəşriyyat şirkətinin təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi quraşdırılmış və təqdim olunub. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında bildirilir.


Stenddə 82 adda 300 nəşr məhsulu nümayiş etdirilib. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanmış, çoxsaylı çap məhsulları paylanıb. Nümayəndə heyətimiz sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgi iştirakçılarına məlumat veriblər.


Sərgi beynəlxalq təmasların yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə töhfə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə