Türkan Şoray “Sinema Benim Aşkım” adlı kitab hazırlayır

Türkan Şoray “Sinema Benim Aşkım” adlı kitab hazırlayır
Türk dünyasının ən məşhur siması olan aktrisa Türkan Şoray "Sinema Benim Aşkım" (Kino mənim məhəbbətimdir) adlı televiziya verilişinin eyni adlı kitabını hazırlayır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa "Min ömrüm olsa, yenə hamısını fəda edərdim" dediyi kino ilə əlaqədar yazacaq kitabı üçün evinə qapanıb. Uzun müddətdir, yazmaq istədiyi kitabı nəhayət ki, qələmə alan T. Şoray kinonun ən sirli dünyasını qəlbindən gələn sözlərlə qələmə alır.

Kitabda məşhur sənətçi keçmiş həyat yoldaşı Cihan Ünal olmaqla yanaşı həm də Türkiyənin tanınmış kino aktyorları- Kadir İnanır, Ekrem Bora, Özgü Namal, Nurgül Yeşilçay kimi çox sayda aktyor və aktrisalarla etdiyi söhbət və xatirələrə yer verəcək.

T. Şoray son olaraq qeyd edib: "Hər yazdığım sətirdə kinoya olan sevgim çoxaldıqca, yaşadığım bütün gözəllikləri bir də yenidən xatırlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə