“Aprel döyüşləri bizim şanlı qələbəmizdir”

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Bu döyüş Ermənistan təbliğatına ciddi zərbə vurdu. Erməni cəmiyyətini sarsıtdı.

SİA-nın məlumatına görə, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" (http://anl.az/el/emb/aprel_doyusleri/index.htm) adlı elektron məlumat bazası virtual rejimdə oxuculara təqdim edilib. Elektron məlumat bazasında mövzuya dair kitablar, məqalələr, fotoqalereya və digər sənədlər nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə