“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) "Kitabxana – koronavirusa YOX deyir!" layihəsi çərçivəsində "Yazıçı və şairlər koronavirusla mübarizə edir" aksiyasını davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, layihəyə yazıçı Gülzar İbrahimova "Çin hekayəti və yaxud dünyanın koronavirus faciəsi" adlı hekayəsini təqdim edib.

Hekayə tərcüməçi işləyən azərbaycanlı və çinli ailənin dostluğundan, onların bir yerdə olduqları müddətdə baş verən maraqlı hadisədən və son günlər yayılmış koronavirusdan bəhs edir. Simi babanın nəvəsi To Aya ilə dostluq edən Osmanın sapandla sərçəni yaralaması Simi babaya Çin tarixində baş vermiş hadisəni xatırladır.

Bütün xəbərlər Facebook səhifəmizdə