“Tarixi qələbəmiz” adlı virtual sərgi hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Aprel döyüşləri ilə bağlı "Tarixi qələbəmiz" başlığı altında virtual sərgi və məlumat saatı hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, sosial şəbəkələrdə yayımlanan virtual sərgi 2016-cı il aprelin əvvəllərində Milli Ordumuzun Azərbaycanın ön cəbhə xətti boyu mövqeləri və yaşayış məntəqələrini Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı zaman əks-hücumla təxribatların qarşısını almasından və rəşadət nümayiş etdirməsindən bəhs edir.

Azərbaycan tarixində şanlı səhifə olan Aprel döyüşlərinin qəhrəmanları daim yaddaşlarda qalacaq və xalqımızı daha böyük qələbələrə ruhlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə