Özbəkistanın xalq artisti: “Alim Qasımov mənim üçün sirli bir dünyadır” - AÇIQLAMA

Özbəkistanın xalq artisti: “Alim Qasımov mənim üçün sirli bir dünyadır” - AÇIQLAMA
Hələ 30 yaşında Özbəkistan Respublikasının xalq artisti adını alan Nəsibə Abdullayeva Azərbaycan musiqisinin vurğunu olduğunu hər zaman qeyd edir. Bakıya qısamüddətli səfər edən Nəsibə xanım SİA-ya açıqlamasında Azərbaycan bəstəkarlarının sırf onun üçün mahnı yazmadıqlarını da gizlətmədi: "Təəssüf ki, mənim üçün yazılan mahnı yoxdur. Çox istərdim ki, Azərbaycanın məşhur və istedadlı bəstəkarları, sənətkarları mənim üçün də mahnı yazsınlar. Azərbaycan xalqının musiqisi, mahnıları dünyanın ən gözəl musiqilərindən biridir. Bu mahnıların, musiqilərin, əsasən, ahəngi, melodiyaları özünəməxsusdur. Azərbaycan musiqiləri insanın özündən asılı olmayaraq ürəyinə yol tapır. Buna görə də məhəbbətim çox böyükdür. Onları sevməmək mümkün deyil".

Müğənni həmçinin duet oxuyacağı Azərbaycan sənətkarlarını da qeyd edib: "Alim Qasımovla oxumaq arzumdur! O mənim üçün sirli bir dünyadır".

Bütün xəbərlər Facebook səhifəmizdə