Açıq kitabxana-sərbəst mütaliə guşəsi fəaliyyətini virtual rejimdə davam etdirir

Respublikada yaranmış vəziyyətlə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxana-sərbəst mütaliə guşəsi fəaliyyətini virtual rejimdə davam etdirir. SİA-nın məlumatına görə, kitabxana Mədəniyyət Nazirliyinin “Evdə qal evdə yarat!” təşəbbüsünə qoşularaq oxucularına onlayn xidmət göstərir.

Kitabxananın “facebook” Açıq Kitabxana könüllülər qrupunda hər gün mütəmadi olaraq Azərbaycan və dünya ədəbiyyatından bədii ədəbiyyat nümunələri oxuculara təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə