Musiqi məktəbində gənc istedadlarla iş davam etdirilir

Azərbaycan Respublikasında koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla əlaqədar bütün tədbirlər təxirə salınıb.

SİA-nın məlumatına görə, informasiya texnologiyaları əsrində bütün dünyada geniş tətbiq olunan məsafəli tədrisdən istifadə edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi gənc istedadların yetişdirilməsi istiqamətində fəaliyyəti davam etdirir. Bu məqsədlə məktəb internet üzərindən tədrisdən və videodərslərdən istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə