Virtual olaraq açıq dərslər keçirilir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı və Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbi tədris planından geri qalmamaq məqsədilə virtual ünsiyyətin bütün imkanlarından istifadə edərək açıq dərslər keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...