“Qarabağ istedadları”nın konserti olacaq

“Qarabağ istedadları”nın konserti olacaq

Aprelin 15-də saat 16.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Bəstəkarlar İttifaqinin Şuşa Təşkilati, Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə "Qarabağ istedadları" adlı Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının konserti olacaqr.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə Frans İosif Hayden, Pyotr Çaykovski, Fredirik Şopen, Çi Moroza, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı kimi klassik bəstəkarların əsərləri səsləndiriləcək.

Konsertə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə